top of page

Yarımillik fəaliyyətimiz üzrə hesabat — nə dəyişdi?

  • Writer: Marketify Azerbaijan
    Marketify Azerbaijan
  • Apr 16
  • 2 min read

6 aylıq fəaliyyətimiz üzrə hesabat


Marketify, yarım il ərzində platformamız tərəfindən dəstəklənən qabaqcıl funksiyalar ilə Azərbaycanda əhəmiyyətli mövqe qazanmışdır. İndi isə nələrin dəyişdiyinə nəzər salmaq vaxtıdır!


Xülasə:


  • Uğurlu Start: Agentliyimiz 2024-cü ilin dekabr ayında "Marketify" xidmətinin Azərbaycan bazarında uğurla istifadəyə verilməsində əsas rollardan birini oynayıb.

  • 10-dan çox Marketinq Həlli: İstifadəçilərin rahat şəkildə əldə edə bilməsi üçün 10-dan artıq marketinq həllinin istifadəyə təqdim olunması təmin edilib.

  • Güclü Texnoloji İnfrastruktur: B2B funksiyalarının yaradılması prosesində fəal iştirak etmişik. Bu funksiyalar sırasına tərəfdaşlar üçün sifariş yerləşdirmə imkanı, 60 gün öncədən rezervasiya və bir sifarişdə 3 mövzu üzrə həll əldə etmək funksiyaları daxildir.

  • Dəstək Keyfiyyətinin Yaxşılaşdırılması və İş Yükünün Azaldılması: İstifadəçilərin ümumi suallarına cavab tapmasını asanlaşdırmaqla yanaşı, sosial şəbəkələr vasitəsilə əlavə müdaxilə tələb edən əməliyyatlara dəstək göstərilməsinə son verilib. Bu da həm dəstək keyfiyyətinin yüksəldilməsinə, həm də komandanın iş yükünün azalmasına səbəb olub.

  • Uğurlu Reklam Strategiyası: Xidmətin tanıdılması məqsədilə Meta platformalarında reklam kampaniyaları həyata keçirilib və nəticələr davamlı şəkildə təhlil edilib. Nəticə etibarilə, reklamlar vasitəsilə səhifələrə təxminən 5000 ziyarətçi yönləndirilib.

  • 2025-ci il Üçün Görülən Tədbirlər: Əldə olunan təcrübələr əsasında 2025-ci ildə "Marketify" platformasının dayanıqlılığını təmin etmək üçün bir sıra addımlar atılıb. O cümlədən: platformadan qeyri-professional və düzgün istifadə etməyən şəxslərin çıxarılması, təqdim olunan həllərin səmərəli bölgüsü, və korporativ həllərin fərdi məqsədlərlə istifadəsinin məhdudlaşdırılması.

  • Bazar Dəyişimi: Müəyyən müşahidələrdən sonra "Marketify" rəsmi şəkildə "Innova Group Azerbaijan" adı ilə çıxış etməyə başlayıb və bununla da Azərbaycanda Innova Group ekosisteminin təməli qoyulub.


Gələcək üçün 3 təməl planımız:


  • Təhlil və Məlumatlara Əsaslanan Yanaşmanın Gücləndirilməsi: İstifadəçi davranışlarını, bazar meyllərini və nəticələri daha dərindən təhlil etməklə məhsul inkişafına və fərdi həllərin təqdiminə yönəlik dataya əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.

  • Yerel İnkubator və Təlim Təşəbbüsləri: Yerli startaplara və kiçik sahibkarlara dəstək məqsədilə Marketify platforması daxilində maarifləndirici vebinarlar, master-klaslar və mentorluq proqramları təşkil etmək.

  • Təhlükəsizlik və Etibarlılığın Artırılması: Platformada məlumat təhlükəsizliyi, istifadəçi məxfiliyi və əməliyyatların şəffaflığını artırmaq üçün yeni təhlükəsizlik protokolları və avtomatik nəzarət mexanizmlərinin tətbiqi.


Bildiririk ki, Marketify bu müddət ərzində yaradıcılığı süni intellektin imkanları ilə birləşdirərək mühüm nailiyyətlərə imza atmışdır. Yerli sahibkarlarla sıx əməkdaşlıq, bazarın dərin təhlili və innovativ yanaşmalar bu uğurların əsasını təşkil edir. Fəaliyyətimizə tam sürətlə davam edirik və 2025–2026-cı illərdə bu nailiyyətlərin davamlılığını təmin etmək və daha da irəli aparmaq üçün bütün resurslarımızla çalışacağıq.

Vizyonumuz yalnız həllər təqdim etməklə məhdudlaşmır – biz müştərilərimizin bizneslərini böyütmələri üçün onlara real və davamlı dəstək göstərmək üçün fəal şəkildə çalışırıq.


Oxuduğunuz üçün təşəkkür edirəm.

 
 
 

Recent Posts

See All
Bir şey dəyişir. 💙

Sakitlik. Arxasında isə hərəkət var. Marketify yenidən formalaşır. Eyni ruh — yeni nəfəs. Planlar dəyişməsə, dekabr ayında hər şey dəyişəcək. Bu, sadəcə bir ildönümü deyil. Bu, bir dönüş nöqtəsidir.

 
 
 

Comments


bottom of page